Yanukoviçin oğlunun öldüyü təsdiqləndi

Ukrayna Ali Radasının deputatı Nestor Şufriç keçmiş prezident Viktor Yanukoviçin oğlu Viktorun ölümü ilə bağlı məlumatı təsdiqləyib. Bu barədə o özünün Facebook səhifəsində yazıb. «Viktor Yanukoviç faciəli şəkildə vəfat edib. O həyatnı avtomobil sükanı arxasında itirib», – deyə Şufriç yazıb. 
Xatırladaq ki, bir neçə saat əvvəl Ukrayna mətbuatında eks-prezidentin oğlu Viktorun Baykal gölündə batması ilə bağlı məlumat yaymışdı. 
Daha sonra İrkutsk vilayətinin Fövqəladə Hallar Komitəsinin yaydığı məlumatda deyilirdi ki, hadisə zamanı Yanukoviç soyadlı şəxsi ölməyib. Ölən şəxsin adı Viktor Davıdovdur. 
Ukrayna mətbuatının yazdığına görə isə Viktorun anasının soyadı Davıdova olub və onun da bu soyadı götürdüyü istisna olunmur.
azadlıq.info