Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə martın 20-də Bakıdakı özəl klinikalardan birində – «Astoriya» Tibb Mərkəzində olub. 24 yaşlı ana uşağı sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra vəfat edib. «Astoriya» Tibb Mərkəzindən hadisəni təsdiqləyiblər. Ancaq ölümün səbəbi haqqında məlumat verməkdən boyun qaçırıblar.