Hədiyyə alan nazir postunu itirdi

İtaliyanın infrastruktur və nəqliyyat naziri Lupi, istefa verib. İstefaya səbəb, dövlətin elan etdiyi tenderlərdə qalib olan bəzi iş adamlarının nazirə qiymətli kostyumlar, 10 min 300 avro dəyərində "Rolex" markalı bir saat hədiyyə etmələri olub. Hədiyyələri qəbul edən nazir, məlumat yayılandan  72 saat sonra istefa verib. İtaliyanın baş naziri Matteo Renzi isə, koalisiya ortağı olan Lupinin istefa qərarını doğru addım olduğunu bildirib: "Lupi həm özü, həm partiyası, həm də hökumət üçün müdrik bir seçim edib",- deyə baş nazir bildirib. 
 
azadliq.info