Rusiyada Stalinin heykəlləri bərpa olunur

Rusiya kommunistləri İkinci Dünya Müharibəsindəki qələbənin 70 illiyi ilə bağlı SSRİ diktatoru İosif  Stalinin adının əbədiləşdirilməsini təklif ediblər.
 
Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, Rusiya Kommunist Partiyası Stalinin adının xatirə lövhələrində, heykəllərdə və küçə adlarında əbədiləşdirilməsini təklif edirlər. Regionların əksəriyyətində yerli hakimiyyət bu təklidfən yayınsa da, bəzi yerlərdə kommunistlər öz istəklərini reallaşdıra bilirlər.
 
Hüquq müdafiəçiləri isə hesab edir ki, bəzi regional hakimiyyətlər cəmiyyətdə baş verən əhval dəyişikliyini hiss edirlər və bu dəyişikliklə razılaşırlar.
 
Yerli müharibə veteranlarının təkidi ilə Stalinin xatirə lövhəsi Primorsk diyarının Ussuriysk şəhərində peyda olub. Oryol şəhərində də analoji lövhənin qoyulmasına hazırlıq gedir. Putin administrasiyası isə regionlarda İosif Stalinin şəxsiyyətinə artan marağa müdaxilə edə bilmədiklərini bildirir.