ÇL-1/8: “Yuventus” və “Barsa” 1/4 finalda

Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vuruldu. Son oyun günündə “Barselona” öz meydanında “Mançester Siti”ni qəbul edib. Səfərdə keçirdiyi ilk görüşdə 2:1 hesabı ilə qalib gələn kataloniyalılar bu oyunun da favoriti idi. Oyun katalonların 1-0 hesablı qələbəsi ilə başa çatdı. Yeganə topu Rakitiç vurdu. 
 
“Yuventus” Almaniyada Dortmund “Borussiya”sının qonağı oldu. İtaliyada baş tutan ilk matçda turinlilər 2:1 hesabı ilə qalib gəlmişdi. Almaniyada keçirilən oyunda da italyanlar sevinən tərəf oldu. "Yuventus" 3 cavabsız qol vuraraq növbəti mərhələyə keçdi.