Avtonəqliyyat idxalı 43% azalıb

İki ayda Azərbaycana 7,5 min avtomobil tədarük edilib. Bu, ötən ilin eyni dövründəkindən 43% azdır. Hesabat dövründə xaricdən 7 min. 31 minik avtomobili alınıb. Bu, ötən ilin eyni dövründəkindən 4967 ədəd azdır. Qeyd edək ki, dövlət bu il polis üçün 700 avtomobil alıb. I Avropa Oyunları ilə bağlı ilin əvvəlindən 119 avtobus alınıb. Onlar əsasən Bakıda qonaqlara xidmət göstərəcək. Bu il yük avtomobili idxalı (339 ədəd) və xüsusi təyinatlı nəqliyyat vasitələri idxalı (22) 3 dəfə azalıb. Qeyd edək ki, bu ildən Azərbaycanda avtonəqliyyat vasitələri idxalı üzrə aksiz dərəcələri artırılıb.