Rusiya Duması Nemtsovu anmaqdan imtina etdi

Rusiya Dövlət Dumasının deputatları qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun xatirəsini bir dəqiqəlik sükutla yad etmək istəmədi. Bu barədə Ədalətli Rusiya Partiyasından olan deputat Dmitriy Qudkov özünün «Twitter» səhifəsində yazıb. Nemtsovun Dumanın iclasında yad edilməsini də Qudkov təklif edib: «Arxiv üçün… Dövlət Dumasında Boris Nemtsovu bir dəqiqəlik sükutla anmaqdan imtina etdilər. Yalnız iki nəfər – mən və deputat Valeriy Zubov ayağa qalxdı».
 
Qudkovun sözlərinə görə, Nemtsovla bağlı təklifin reallaşmaması üçün deputatlardan Vladimir Jirinovski iclasın reqlamentini qısaltmağı təklif edib.
 
Gültəkin