“Neftin qiymətinin aşağı enməsi manata təzyiqi artırıb”

"Dünya bazarında xam neftin qiymətinin aşağı enməsi, onun ortamüddətli dövrdə 50-60 dollar səviyyəsində proqnozlaşdırılması, bu fonda dolların bahalaşması, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manata təzyiqi artırıb". Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Bakıda keçirilən Azərbaycan İnvestisiya Forumunda çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, dünyada böhranların sıxlığının artması, əhatəsinin genişlənməsi, geosiyasi risklərin və iqtisadi təzyiqlərin yüksəlməsi digər ölkələr kimi, əlbəttə, Azərbaycanın da qarşısında çağırışlar qoyur.