Növbəti dəfə Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək Elnur Hüseynovun ifa edəcəyi “Hour of the wolf” adlı bəstənin klipi təqdim olunub. Sözügedən klip artıq “Youtube” sosial şəbəkəsinə yüklənilib.
Xatırladaq ki, Avstriyanın Vyana şəhərində baş tutacaq “Eurovision” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq. Təmsilçimiz mayın 21-də ikinci yarımfinalda səhnəyə çıxacaq.