Rusiyanın paytaxtı Moskva şəhərinə hərbi texnika yeridilib. Şəhərin bəzi mərkəzi küçələrində tanklar gözə dəyir, yollar nəqliyyatın hərəkəti üçün qapadılıb. Ərazidə xeyli sayda Daxili Qoşunların əsgərləri var. Şahidlərin dediyinə görə, tankları böyük yük maşınlarının arxasında gizlətməyə çalışırlar. Həmin yük maşınları martın 14-də gecə saatlarında Kreml yaxınlığında gözə dəyib. Yolları bağlamaq üçün isə BTR-lərdən istifadə olunur. Hələlik hərbi texnikanın Rusiya paytaxtına yeridilmə səbəbi barədə heç bir məlumat verilmir.
Mövzunu davam etdirəcəyik.
Gültəkin