Messi Ronaldonu geridə qoydu

İspaniya La Liqasının XXVII turu çərçivəsində səfərdə “Eybar”la oyun "Barselona"nın hücumçusu Lionel Messi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, argentinalı ölkə çempionatında bombardirlər siyahısının zirvəsinə yüksəlib.
 
31 və 55-ci dəqiqələrdə dubl edən Messi vurduğu qolların sayını 32-ə çatdırıb. Bununla da o, uzun müddətdən sonra "Real"ın forvardı Kriştianu Ronaldonu (30 qol) geridə qoymağı bacarıb.
 
Qeyd edək ki, hazırda davam edən oyunda “Barselona” “Eybar”a 0:2 hesabı ilə qalib gəlir.
Yazar
Lent.az Oxunub
462 dəfəTarix
15.03.2015 / 05:28