15 mart mitinqinə hazırlıq işləri başa çatıb. Bu haqda Mitinq Komitəsinin rəhbəri Fuad Qəhrəmanlı "Azadlıq" qəzetinə məlumat verib: "Mitinqin kifayət qədər uğurlu alınacağıana əminəm. Mitinq Komitəsi ötən müddətdə xalqın bu aksiyaya cəlb olunması istqamətində mühüm işlər görüb. Bundan əvvəlki event vasitəsilə "facebook"da 95 min nəfərə dəvət göndərilmişdi. Sosial şəbəkələrdə mitinqə çağırış əsas trendə çevrildiyindən, hakimiyyət təxribatlara əl atdı və Cəmil bəyin səhifəsi ələ keçrilərək mitinqin vaxtı ilə bağlı yalan məlumatlar yaymağa başladılar və mitinqə dəvət üçün yaradılmış eventi ləğv etdilər. Bu informasiya təxribatının qarşısını almağa müvəffəq olduq və 2 gün ərzində yeni event yaradılaraq 80 mindən artıq insana dəvət göndərildi. Bu proses artan xətlə davam edir. Eyni zamanda, sosial şəbəkələrdə mitinqin vaxtı ilə bağlı yalan məlumat yayan saxta profillər ifşa olunur, onların insanları çaşdırmasının qarşsı alınır. Mitinq Komitəsi olaraq yüzlərlə fəalın iştirakı ilə sosial şəbəkələrdə insanları mitinqdə iştiraka çağıran, 15 mart mitiqinin əhəmiyyətini izah edən kampaniyanı hələ də davam etdiririk. Bundan əlavə, bu günə qədər vətndaşlara 20 mindən artıq çağrış vərəqəsi paylanıb, əhalinin narazı təbəqələri ilə görüşlər keçrilib. Eyni zamanda, tanınmış ictimai siyasi xadimlərin xalqa çağrışları da təmin olunub. Digər tərəfdən, AXCP-nin yerli rayon təşkilatları ilə genişləndirilmiş müşavirələr keçirilib, yerlərdə insanların 15 mart mitinqinə çəlb olunması istiqamətində işlər görülüb. Mitinqdə qaldırılacaq şüarlar, tərtibat və digər texniki məsələlərlə bağlı hazırlıq işlərimiz başa çatıb. 15 Mart mitinqini kifayət qədər yüksək səviyyədə,dincə və təhlükəsiz şəraitdə keçirməyə tam hazırıq. Vətəndaşlar tam əminliklə, heç bir narahatçılıq olmadan gəlib 15 mart mitinqində iştirak edə bilərlər. 15 mart aksiyası bahalaşmaya etiraz olaraq sosial tələblərlə keçirilən ümumxalq mitinqidir. Əgər xalqımız həmin gün kütləvi şəkildə meydanda olacaqsa, o zaman hakimiyyət xalqın narzılığından qorxaraq ölkədəki bahalaşmanın qarşsını almaq üçün müəyyən işlər görməyə məcbur olacaq. Əksinə, mitinqdə az olsaq, ölkədə sürətli bahalaşma başlayacaq və bunun günahkarı mitnqə gələməməklə iqtidarı arxayınlaşdıranlar olacaq. Ona görə də siyasi mənsubiyyətindən,sosial statusundan asılı olmayaraq hər kəsi bu ümüumxalq mitinqində iştirak etməyə çağrırıq".