Putini insult vurub?

Rusiya prezidenti Vladimir Putinin insult olmasına dair xəbərlər yayılıb. Artıq Moskvada bununla bağlı əhali arasında müəyyən panika da yaşanır. Şaiyələrin artmasına səbəb həm də son iki gündə şəhərdə polis əməkdaşlarının sayının artmasıdır. 
Rusiyanın bəzi mətbuat orqanları hətta Putinin insult olması ilə bağlı məlumatın Mərkəzi Klinik Xəstəxanasından sızdırıldığını da yazıb. 
Xatırladaq ki, Rusiya prezidenti sonuncu dəfə martın 6-da görünüb. O gündən bəzi görüşləri ilə bağlı məlumatlar olsa da, Putin kamerlar qarşısında görünməyib. Kreml rəhbərinin martın 12-də Qazaxıstanın paytaxtı Astanaya planlaşdırılan səfəri də təxirə salınıb. 
 
azadlıq.info