Avropa Parlamenti Nemtsovun qətlini müzakirə edib

Avropa Parlamentinin Strazburqdakı ümumi yığıncağında Rusiya müxalifətinin lideri Boris Nemtsovun qətlə yetirilməsi müzakirə olunub. Toplantıda çıxış edən Avropa Birliyinin təhlükəsizlik siyasəti və xarici məsələlər üzrə ali komissarı Federika Mogerini, Rusiya hakimiyyətini müxalifətə təzyiqlərə son qoymğa çağırıb. Rusiyanın daha açıq və daha güclü bir demokratiyanı haqq etdiyini söyləyən Mogerini, bu ölkədə mətbuata qarşı təzyiqləri də tənqid edib. Avropa Parlamentinin ümumi yığıncağında  Rusiyanın eks baş naziri Mixail Kasyanov da çıxış edib. Avropa Parlamentində Rusiya ilə bağlı qərar layihəsi də hazırlanıb. Layihə, sabah ümumi yığıncaqda  səsverməyə çıxarılacaq. 

azadliq.info