
ABŞ tankları və zirehli texnikalarının Latviyaya gətirilməsinin görüntüsü yayılıb.
ANS PRESS-in məlumatına görə, M1A2 Abrams və M2A3 Bradley zirehli maşınları artıq Latviyadadır. "ABŞ və NATO-nun bu həmrəyliyi regionda sabitliyin zamanətidir", – deyə Latviya müdafiə naziri Raymond Veyonis Тwitter-də yazıb. Riqanın meri isə amerika tankları fonunda selfi də edib.
Bunadək isə Latviya müdafiə naziri Raymond Veyonis ABŞ-ın Latviyaya 120 zirehli texnika göndərdiyi açıqlamasını vermişdi.
Rusiya tərəfinin ikicə kilometr məsafəyədək sərhədində Amerika texnikasının peyda olmasına reaksiyası maraq doğurur.



