"Lans" klubunun prezidenti Jerve Martel ötən həftə Bakıda olub. Bu barədə məlumatı Fransın “Le Figaro” qəzeti yayıb. Qəzetin bildirdiyinə görə, "Lans" klubunun prezidenti "Frans-Press" agentliyinin müxbirinin səfərin məqsədilə bağlı suallarına, "Bu barədə danışmaq istəmirəm",- deyərək sualdan yayınıb. Qəzet daha sonra yazır ki, Hafiz Məmmədov "Lans" klubunu 2013-cü ildə alıb və bu zaman o, kluba 20 milyon məbləğində maliyyə vəsaiti ödəmək öhtəliyi götürüb. Məsələ burasındadır ki, keçən müddət arzində o, klubun hesabına vəd etdiyi pulu köçürməyib. “Le Figaro" bildirir ki, təkcə yanvar ayında Hafiz Məmmədov kluba 14 milyon avro ödəyəcəkmiş. Qəzet hesab edir ki, bu vəsaitin klubun hesabına köçürülməməsi, klubun prezidentinin Bakiya gəlməsinə səbəb olub. Ağır maliyyə vəziyyəti “Lans” klubunun Faransa futbol çempionatının 1-ci liqasında çıxış edən komandaların siyahısında sonuncudan əvvəlki yerdə qərarlaşması ilə nəticələnib. İndi bu klub, güclülər dəstəsini tərk edəcək əsas namizədlərdən biridir.
azadliq.info