Nemtsova görə həbs edilənlər saxta qatillərdi?

Vəkil: «O qafqazlıların Nemtsovla nə problemi ola bilərdi?»
 

Vəkil Vadim Proxorov Boris Nemtsovun qətli üzrə saxlanılan şəxslərin adlarını ilk dəfə eşitdiyini bildirib. Və saxlanılanların həqiqi qatil olması ilə bağlı şübhə və tərəddüdlərini dilə gətirib: «Başa düşə bilmirəm ki, Şimali Qafqazın islamçılarına Nemtsov hansı problem yarada bilərdi? Əlbəttə ki, bütün versiyalar yoxlanılmalıdır. Amma bu versiyalar mütləq şəkildə konkret fakta əsaslanmalıdır».
 
Proxorov istintaqın gedişi ilə bağlı bir çox suallarının olduğunu da deyib: «Bu iki nəfərin saxlanılmasından sonra İstintaq Komitəsinin susqunluq nümayiş etdirməsi məni narahat edir. Anlaya bilmirəm, bu, həmin şəxsləri həbs edən Federal Təhlükəsizlik Xidməti ilə istintaq orqanı arasındakı rəqabətdir, yoxsa ziddiyyət?».
 
Vəkil onu da əlavə edib ki, Nemtsovun qətli ilə bağlı zərərçəkən qismində kimsə tanınmalıdır və bu şəxs böyük ehtimalla mərhumun anası olajaq.
 
Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti martın 7-də Nemtsovun qətli üzrə iki nəfəri şübhəli şəxs qismində saxlayıb. Bunlar qafqazlı olduğu bildirilən Anzor Kubaşov və Zaur Dadayevdir. Təhlükəsizlik Xidməti bu şəxslərin Nemtsovun qətlini həyata keçirdiklərini iddia edir.
 
Gültəkin