
İraq müdafiə naziri Xalid Əl Ubeydi bölgəyə səfər edib və həyata keçirilən əməliyyatlara bağlı əhalini məlumatlandırıb. Nazirin sözlərinə görə, bir çox bölgə İŞİD-in əlindən geri alınıb:
"Əməliyyatlar zamanı 193 İŞİD-çi öldürülüb. Tikritdə isə təxminən əməliyyatlar zamanı 150 terrorçu öldürülüb. Əsgərlərin ələ keçirdikləri bölgələrdə İŞİD-ə aid çox sayda silah anbarları məhv edilib. Quru əməliyyatlarına havadan da təyyarələrlə dəstək verilib".
İraq müdafiə naziri qeyd edib ki, Əl Gürman bölgəsində isə 13 kənd İŞİD-dən təmizlənib. Nazir qeyd edib ki, həmin bölgədə 43 İŞİD-çi öldürülüb. (ans)