Poroşenko nazirləri işdən çıxarır

Nazirlər Kabineti «təmizlənir», rəhbərliyə yeni şəxslər gətirilir
 

Ukrayna prezidenti Pyotr Poroşenko və baş nazir Arseniy Yatsenyuk Nazirlər Kabinetinin 9 üzvünü işdən çıxaracaq. Hökumət rəhbərləri bu addımı Beynəlxalq Valyuta Fondu martın 11-də ölkəyə 17,5 milyard dollarlıq kredit ayırandan dərhal sonra atacaq. Artıq «qara siyahıda» kimlərin yer alacağı da məlumdur. Məlumatlara görə, bunlar İnfrastruktur naziri Andrey Pivovarskiy, İqtisadi İnkişaf naziri Ayvaras Abromaviçus, Ekologiya və Təbii Sərvətlər naziri İqor Şevçenko və Energetika naziri Vladimir Demçişindir. Hökumət İnfrastruktur və Nəqliyyat nazirinin müavini Valeriy Vohevskiy, həmçinin onun regional inkişafa cavabdeh həmkarı Gennadiy Zubko ilə də vidalaşmağı düşünür. Yerdə qalan üç nəfərin adları hələlik bəlli deyil.
 
Yeni namizədlərin kimliyinə gəlincə, onlardan birinin Poroşenkonun dostu və biznes tərəfdaşı İqor Kononenko olacağı bildirilir. Onun baş nazirin birinci müavini postuna gətiriləcəyi ehtimal olunur. Ukrayna prezidentinin bir neçə vilayətdə qubernatorları da dəyşəcəyi gözlənilir.
 
Gültəkin