
ABŞ-ın məşhur «Time» jurnalı Rusiyanın tanınmış müxalifət lideri Aleksey Navalnıyı «İnternet məkanını silkələyən 30 məşhur» siyahısına daxil edib. Nəşrin məlumatına görə, Navalnıy internetdəki yazıları ilə populyarlıq qazanıb və böyük oxucu kütləsinə sahibdir: «Təkcə «Transneft»dəki korrupsiya ilə bağlı fikirlərini hər gün bir milyona yaxın insan oxuyur. Nə qədər ki, internetə çıxış imkanı var, Navalnıy Rusiya siyasətində güc olmaqda, Putini isə qıcıqlandırmaqda davam edəcək».
Gültəkin