Günel Həsənlinin işindən apellyasiya şikayəti verildi

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin işindən Apellyasiya şikayəti verilib. Bu barədə “Azadlıq” qəzetinə Günel Həsənlinin vəkili Fəxrəddin Mehdiyev məlumat verib.Xatırladaq ki, Yasamal Rayon Məhkəməsi fevralın 22-də qondarma avtoqəza olayı ilə bağlı Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edib.

azadliq.info