Türkiyədə azərbaycanlı şairin adına mükafat təsis edildi

«Məmməd İsmayıl özəl ödülü»nün ilk sahibi Uğur Kılıç oldu

 
Türkiyənin Çanaqqala şəhərində Akademik Şeir Ailəsi Kültür və Ədəbiyyat Dərnəyi orda yaşayıb pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı şair Məmməd Ismayılın şərəfinə “Məmməd Ismayıl özəl ödülü” təsis edib.
Bu barədə şair özü məlumat verib. O, bildirib ki, hər il Çanaqqala şəhərində Uluslararası Şeir Festivalı keçirilir. Bu festivalda türk dünyasının çeşidli bölgələrindən tanınmış şairlər iştirak edir və hər il bir nəfər qələm adamının adına təsis edilən mükafat öz sahibinə verilir.
“Məmməd Ismayıl özəl ödülü”nün ilk sahibi Uluslararası Kültür və Ədəbiyyat Dərnəyi başqanı Uğur Kılıç olub. Festivalın yekun gecəsində şair adını daşıyan mükafatı laureata təqdim edib.