Odessada binanı partlatdılar

Martın 5-nə keçən geсə, yerli vaxtla 00.40-da Ukraynanın Odessa şəhərində partlayış baş verib. Hadisənin baş verdiyi Koblevskaya küçəsindəki binada «Sağ sektorun» Odessa bölməsinin ofisi yerləşir. Məlumatlara görə, partlayış olduqсa güсlü olub və binanın bütün mərtəbələrini əhatə edib. Hadisə zamanı yaxınlıqdakı binalara və ətrafdakı avtomobillərə də böyük ziyan dəyib. Hələ ki, ölən və ya yaralananların olmadığı bildirilir. Hazırda ərazidə milislər işləyir, partlayışın səbəbləri araşdırılır.
 
Gültəkin