
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi monitorinqlər zamanı “Lactalis Caspi” MMC tərəfindən ticarət obyektlərinə satış üçün paylanan bəzi süd məhsullarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilmişdir.
“Bununla əlaqədar “Lactalis Caspi” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır”,- Nazirlikdən “Marja”ya daxil olmuş məlumatda deyilir.
İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.