Baş nazir Nemtsovun öldürüldüyü yerə gül qoydu

İtaliyanın baş naziri Matteo Renzi Rusiyaya səfərə gedib. O, səfər zamanı müxalifət lideri Boris Nemtsovun öldürüldüyü yerə baş çəkib, ora qərənfillər qoyub.
M.Renzi prezident Vladimir Putin və baş nazir Dimitri Medvedyevlə görüşüb. Görüşlərdə Ukrayna böhranı fonunda Avropa İttifaqı ilə Rusiya arasındakı münasibətlər müzakirə edilib.
Baş nazir M.Renzi martın 4-də Kiyevdə Ukrayna prezidenti Petro Poroşenko ilə də görüşüb. Onun səfərinin məqsədi Ukraynanın şərqindəki münaqişənin həllinə kömək eləmək və sanksiyaların aradan qaldırılması əvəzində Rusiyanı əməkdaşlığa çağırmaqdır.