Artur Rasizadə narkomanlarla bağlı qərar verdi

“Xroniki alkoqoliklərin  və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə”də dəyişiklik edilib. Lent.az-ın məlumatına görə, bu barədə baş nazir Artur Rasizadə qərar verib.
Qərarla müəyyən edilib ki, narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslər narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda və ya narkomanlıq xəstəliyindən müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda, məcburi müalicədən vaxtından əvvəl azad ediləcəklər.