Snouden vətənə qayıtmaq istəyir

Amerika xüsusi xidmətlərinin Moskvada qaçaq kimi yaşayan keçmiş casusu Edvard Snoudenin rusiyalı vəkili bildirib ki, o vətənə qayıtmaq üçün ABŞ və Almaniya hüquqşünasları ilə işləyir.
 
 ABŞ rəsmiləri bildiriblər ki, onlar Snoudenin qayıdışını dəstəkləyirlər, lakin o, Amerikada ona qarşı irəli sürülmüş ittihamlara cavab verməli olacaq.
 
Snoudennin vəkili Anatoli Kuçerena bu barədə məlumatı öz müştərisi haqqında yazdığı kitabın təqdimat mərasimində verib.
 
Birləşmiş Ştatlar Snoudeni kəşfiyyat sirlərini yaymaqda ittiham edir.
 
Snouden bildirib ki, o ABŞ-da ədalətli mühakimə olunacağına əmin olarsa, vətəninə qayıtmağı düşünür.