İran İnqilab Keşikçiləri Koröusunun "Fatimiyyun" Briqadaları komandiri Əli Rza Tevassuli Suriyada öldürülüb. İranın rəsmi xəbər agentliyi "Fars" xəbər verir ki, Əli Rza Tevassuli, köməkçisi Rza Bahşi və 5 iranlı əsgər Dera şəhərində gedən döyüşlərdə ölüb. İraq və Suriyadakı hərbi iştirakını əvvəllər rədd edən İran İŞİD terror qruplaşmasının fəallaşmasından sonra müqəddəs məkanları qorumaq, ölkə ordularına və könüllü polislərə hərbi məsləhətçilik etmək adıyla bu bölgələrdə olduğunu təsdiq etmişdi.