Gürcüstanın baş naziri Qaribaşvili Tamar Beruçaşvilini yeni xarici işlər naziri təyin edib. Beruçaşvili keçən həftə istefa vermiş Maya Panjikidzeni əvəz edib.
53 yaşlı Beruçaşvili 2013-cü ilin aprelindən xarici işlər nazirinin müavini idi. O 20 ildən çoxdur ki, Avropa məsələləri ilə məşğuldur.
Panjikidze istefa verəndə onun müavini Beruçaşvili də istefa vermişdi, ancaq Qaribşvili ilə danışandan sonra fikrini dəyişdi.