Milyonlarını gizlədən və aşkar edən deputatlar

Yaxud hakimiyyət Azərbaycanı Ermənistana necə uduzdurur

Azərbycan hakimiyyəti 20 ildən artıqdır ki, Ermənistanda əhalinin qalmadığını, insanların acından öldüyünü, hərbi büdcəmizin Ermənistanın dövlət büdcəsindən çox olmasını bildirir və sanki özünə təsəlli verir. Hətta, baş nazirin müavini Əli Həsənov bildirmişdi ki, Qarabağı silahsız alacağıq. Çünki, Ermənistanı hər il 150 min insan tərk edir. 

Ancaq bütün bunlara baxmayaraq nə Qarabağdan xəbər var, nə də Ermənistanın təslim olduğunu müşahidə edirik. Yəni Azərbaycan hakimiyyətinin bu təbliğatı əslində özünüifşadır. Belə çıxır ki, qüdrətli bir ölkə acından ölən Ermənistanın qarşısında aciz qalır. 

Təbii ki, informasiya müharibəsi aparılmalıdır və heç kimdən tələb olunmur ki, Ermənistan haqqında müsbət fikirlər söyləsin. Sadəcə olaraq, reallıqlar onu göstərir ki, Ermənistan nəinki Qarabağ məsələsində, hətta demokratik idarəçilikdə, şəffaflıqda da bizi qabaqlayır. Yəni Azərbaycan hakimiyyəti ölkənin imicini elə vəziyyətə salıb ki, Ermənistana da uduzuruq.

Belə ki, Ermənistan parlamentinin deputatları 2013-cü il üzrə öz gəlir və əmlakları barədə bəyannamə təqdim ediblər.ÿModern.az ÿsaytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, gəlir bəyannamələrinə əsasən, 19 erməni deputatın dollar milyonçusu olduğu müəyyən olunub. Onlardan 9-nun iqtidardakı Respublika Partiyasından, 9-nun isə müxalifətdəki “Çiçəklənən Ermənistan” Partiyasından olduğu müəyyən edilib. Daha bir milyonçu deputat (Araik Qriqoryan) isə bitərəfdir. Gəlir sənədlərinə əsasən, Ermənistan parlamentindəki ən zəngin partiya “Çiçəklənən Ermənistan” (163,6 milyon dollar), ən zəngin deputat isə həmin partiyanın sədri Qaqik Çarukyandır (134,2 milyon dollar).ÿ Hakimiyyətdəki Respublika Partiyasından olan deputat Samvel Aleksanyan 2-ci (36,4 milyon dollar), onun fraksiya həmkarı isə Akop Akopyan 3-cüdür (8,5 milyon dollar).ÿÿ2012-ci illə müqayisədə erməni deputatın ümumi gəlirləri 62,4 milyon dollar çoxalıb.

Siz belə bir mənzərəni Azərbaycanda təsəvvür edə bilərsiniz? Yəni Azərbaycanın oliqarx-deputatları, yaxud nazirlər gəlir bəyannaməsini ictimaiyyətə təqdim edərlər?

Azərbaycanda bu məsələ ilə bağlı uzun illərdi ki, “dondurulmuş” vəziyyət yaranıb və hakimiyyət gəlirlər haqqında məlumat verməkdən yayınır. 2013-cü ilin prezident seçkiləri dövründə Milli Şuranın vahid namizədi Cəmil Həsənli öz gəlirləri haqqında ictimaiyyətə məlumat verdi və Ilham Əliyevi də eyni addımı atmağa səslədi. Ancaq həmişəki kimi hökumətimiz məsələdən yayındı.

Təbii ki, bu adamlar həqiqi gəlirlərini yazsalar, söhbətin milyardlardan getdiyi aydın olacaq. Əksini yazmaq isə heç bir halda inandırıcı olmayacaq. 

Göründüyü kimi, Ermənistanda bu məsələ də öz həllini tapıb. Yəni Azərbaycana hakimiyyətinə “qorxulu uçurum” kimi görünən Ermənistan hakimiyyəti üçün asan prosesə çevrilib.

Məsələnin başqa bir tərəfi isə ondan ibarətdir ki, Ermənistan milyonçularının 9 nəfəri müxalifətçi deputatlardı.

Azərbaycan reallığında nəinki müxalifətçi deputatın milyonu ola bilməz, hətta real müxalifət partiyasının parlamentdə təmsil olunması da mümkünsüzdür.

Bugün Azərbaycanda müxalifət partiyası qərargahdan məhrum edilib, heç bir gəlir sahəsi mövcud deyil. Bütün bunlar azmış kimi, sıravi müxalifətçilərin işə götürülməməsi, işlədikləri sahələrdən uzaqlaşdırılması tendensiyası var.

Bir sözlə, acından ölən Ermənistanda 9 nəfər müxalifətçi milyonçu var, toxundan partlayan Azərbaycanda isə, müxalifətin dönərxanası da yoxdur.

Ilham Əliyev hakimiyyəti Azərbaycanı Ermənistana uduzdurmaqda israrlıdır.

Akif