«AZADLIQ»IN RƏSƏDXANASI
QOÇ
Gün diqqət və ehtiyatlıq tələb edir. Yaxşı olar ki, ətrafdakıların məsləhətinə qulaq asasınız. Gününüzü çoxdan görmədiyiniz adamlarla keçirin. Ilkin olaraq özünüzü fikirləşməyiniz yaxın ətrafın xətrinə dəyəcək. Bu, şəxsi müstəvidə artıq problemlərə yol aça bilər.
BUĞA
Xırda işləri kənara qoyaraq vacib olandan yapışsanız, professional uğur sizindir. Günün ikinci yarısı diskussiyadan ibarət olacaq. Ancaq özünüzə diqqət cəlb etməyin faydası olmayacaq. Bu, sizi məqsədə yaxınlaşdırmayacaq.
ƏKIZLƏR
Çətinliklərlə zəngin olan gündür. Öz problemlərinizi həll etməklə yanaşı başqalarının da səhvini düzəltməli olacaqsınız. Bu gün hamıya həvəslə məsləhət verəcəksiniz. Amma çətin sizi dinləyən tapılsın.
XƏRÇƏNG
Əhvalınız yaxşı olmayacaq. Xüsusilə də günün birinci yarısında özünüzə inamı itirəcəksiniz. Axşama doğru çətin durumdan çıxmaq ümidi sizə nikbinliyinizi qaytaracaq.
ŞIR
Günün hadisələri ləng inkişaf etməklə sizi təbdən çıxaracaq. Yeni işlərdən yapışmağa can atmayın. Bu gün sirr saxlamağa çalışdığınız məlumatlar agah ola bilər. Yaxınlarınızla bu gün həmişəkindən çox mübahisə edəcəksiniz.
QIZ
Bu gün işdə çox ləngiməklə müdiriyyətə işinizə bağlılığı nümayiş etdirmək fikrindən daşının. Çünki bu addım karyeranıza fayda gətirməyəcək. Söhbətlərə çox vaxt xərcləməyin. Ehtimal ki, bu gün ya köhnə dostunuzla, ya da əvvəlki sevgilinlə görüşəcəksiniz.
TƏRƏZI
Ətrafdakılarla dil tapmaq çətin olacaq. Bu gün baş verənləri ürəyinizə salmayın, maddi itkiyə görə də həyəcan keçirməyin. Mənəvi dəstəyi ən yaxın adamınızdan ala biləcəksiniz. Birinci növbədə öz gücünüzə güvənin.
ƏQRƏB
Diqqəti öz üzərinizə çəkməyin və şəxsi həyatınızla bağlı artıq məlumat verməyin. Xüsusilə də yeni tanışlarla ünsiyyətdə ehtiyatlı olmaq lazımdır. Yeni iş təklifindən doğacaq perspektivlər də istisna deyil.
OXATAN
Istənilən işdə diqqətli olun. Gün liderlik xüsusiyyətinizi nümayiş etdirmək üçün əlverişli deyil. Ictimai tədbirlərdə çıxış etmək və orada iştirak baxımından da münasib gün deyil.
OĞLAQ
Professional yaradıcılıqda səhvlərə yol verəcəksiniz. Ulduzlar sakitliyinizi qoruyub saxlamağı məsləhət bilir. Buraxılmış səhvi tez düzətməyə çalışmayın. Kommersiya əməliyyatları uğursuz olacaq.
DOLÇA
Yeni gəlir mənbəyinin axtarışına çıxmaq olar. Etibarlı dostlardan və ya işgüzar müttəfiqlərdən cəlbedici təkliflər ala bilərsiniz. Ancaq nəzərə alın ki, uğur qazanmaq üçün ciddi çalışmalı olacaqsınız.
BALIQLAR
Professional baxımdan xoş gündür. Nail olduğunuz qələbələrlə qürurlanmayın, özünüzə düşmən qazana bilərsiniz. Şəxsi müstəvidə vəziyyət sabit olmayacaq. Deyilmiş tənbehlərə kəskin reaksiya verməklə həm özünüzün, həm də ailə üzvlərinizin əhvalını korlayacaqsınız.