Milli Məclis oktyabrın 17-də qrant və QHT-lərə dair qanunlara dəyişiklik edib. İndən belə Azərbaycandakı QHT-lərə qrant vermək istəyən xarici donor Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Başqa sözlə, bundan sonra Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı ilə saziş olmasa, xarici donor qrant ayıra bilməz.
Qrant və ianələrin məbləği barədə məlumat da verilməlidir. Əks halda, qrantla bağlı bank əməliyyatları qadağan edilir.
Daha bir əlavəyə görə, dövlət büdcəsindən maliyyələşən qurumlar da donor qismində çıxış edə bilər.