“Kommersant” Şoyqunun Bakı səfərinin sirrini açdı

Rusiyanın “Kommersant” qəzeti müdafiə naziri Sergey Şoyqunun Bakı səfərindən bəhs edən geniş yazı dərc edib. Yazıda qeyd olunur ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakı danışıqlarının bir hissəsi silah təchizatına aid olub.  Qəzetdəki hərbi mənbənin məlumatına görə, hərbi-texniki əməkdaşlıq səmərəli inkişaf edir: 2010-cu ildən  2012-ci ilədək ümumi məbləği $4 mlrd.-a yaxın müqavilə imzalanıb. “Rosoboroneksport”un xəttilə silah göndərilməsinin  ümumi həcmi ilin sonunadək $5 mlrd.-a çata bilər.

Bundan əlavə, Azərbaycan “Bal-E” sahil  raket kompleksinin alışına maraq göstərir. Bu raket kompleksi artıq RF Xəzər donanmasının silahları arasında var. Qəzetin məlumatından belə nəticəyə gəlmək olar ki, 2014-cü ildə Azərbaycan Rusiyadan 1 mlrd. dollarlıq silah alacaq.