
Türkiyənin xarici işlər naziri deyib ki, Suriyadakı İD cihadçılarına qarşı ölkəsinin tək başına quruda əməliyyata başlamasını gözləmək real deyil.
Ankarada NATO rəhbəri Jens Stoltenberg-lə görüşən Mevlut Çavuşoğlu Suriya ilə sərhəd boyu hava məkanının uçuşlar uçün bağlı zona elan edilıməsinə səsləyib.
Türkiyədən Kobanini müdafiə edən kürdlərə daha çox yardım etmək tələb olunur.
Fəallara əsasən, şiddətli döyüşlərdən sonra İD Kobaninin təqribən üçdə birinə nəzarət edir.
Britaniyada mənzillənən “Syrian Observatory for Human Rights” monitorinq qrupu “mötəbər mənbələr”ə istinadən cihadçıların Kobani şəhərinin mərkəzinə irəlilədiyini bildirir.
Bundan əvvəl Kobanidəki kürdlərin lideri gecə ərzində daha iki rayonun ağır silahlardan istifadə edən İD nəzarətinə keçdiyini bildirib.
Jens Stoltenberg, Mevlut Çavuşoğlu və ABŞ nümayəndələri arasında Ankarada keçən görüş vaxtı Türkiyənin İD-ə qarşı mümkün addımları müzakirə olunub.
“Yalnız Türkiyənin təkbaşına quruda əməliyyata başlamasını gözləmək real deyil”, Mevlut Çavuşoğlu mətbuat konfransında bildirib.
“Müttəfiqlərimizlə danışıqlar davam etməkdədir. Ortaq qərara gəlindikdən sonra Türkiyə öhdəsinə düşənlərə əməl edəcək”.


