Sanksiyalar Krım azad edilənə qədər qüvvədə olacaq

 

Krım tatarlarının lideri Mustafa Cəmilov bildirib ki, ABŞ prezidenti Barak Obama Krım azad edilənə qədər Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmayacağını deyib.  

Ukrayna mətbuatına müsahibəsində Cəmilov Obama ilə bu ilin iyunun 3-də Polşada görüşü zamanı sanksiyalar məsələsini müzakirə etdiklərini bildirib. Cəmilovun sözlərinə görə, Obama ilə görüşdə Krımın işğalı ilə bağlı narahatçılığını dilə gətirib və ABŞ prezidenti cavab olaraq yalnız bu ərazilər azad ediləndən sonra sanksiyaların dayandırılacağını deyib. 

azadlıq.info