Oğlan qaçırdığı qızı boğub öldürdü

Ağcabədi rayonununda meyit tapılıb.

Rayon Prokurorluğundan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, meyit avtomobil yolunun kənarından tapılıb. Araşdırmalar zamanı onun Gəncə şəhər sakini 1998-ci il təvəllüdlü Səltənət Mədət qızı Əliyeva olduğu məlum olub.

Onun bir müddət əvvəl 1993-cü il təvəllüdlü Aydın Əbülfəz oğlu Qasımova tərəfindən qaçırılıbmış. Sonradan elə həmin şəxs tərəfindnə qətlə yetirilib. O, qızı boğaraq öldürüb.

Hadisəni törədən Aydın Qasımov saxlanılıb.

“Qafqazinfo” isə xəbər verir ki, meyit rayonun Cəfərbəyli kəndi ərazisindən keçən kanalın kənarında tapılıb. A.Qasımov S.Əliyevanı elə bu gün qaçırıbmış. Onlar səhər saatlarında Cəfərbəyli kəndinin girişində maşından düşərək oğlanın kənddə yaşayan dayısıgilə gedirmişlər. Yolda olarkən qızın anası oğlana zəng edib və onu təhqir edib. Bu zaman oğlanla qız arasında mübahisə yaranıb. Nəticədə oğlan qızı boğaraq kanala atıb.