
Oktyabrın 9-da saat 15:00-da Azərbaycanın Moskvadakı səfirliyinin qarşısında həbsdə olan azərbaycanlı hüquq müdafiəçilərinin azadlığa buraxılması tələbilə aksiya keçirilib.
Aksiyanı tanınmış hüquq müdafiəçisi, “Memorial” təşkilatının rəhbəri Svetlana Qannuşkina təşkil edib.
Aksiyada siyasi məhbuslardan Leyla Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev və Anar Məmmədlinin şəkilləri, “Azərbaycanın hüquq müdafiəçilərinə azadlıq!”, “Leyla Yunus və Arif Yunusa azadlıq!” və bu məzmunda başqa şüarlar qaldırılıb.







