Kim Çen In ev dustağıdır?

Şimali Koreyanın liderinin görünməməsi ilə bağlı şaiyələr geniş müzakirələrə səbəb olub. Bu ilin sentyabrın 3-də ölkənin paytaxtı Pxenyanda keçirilən konsertdə iştirak etdikdən sonra heç bir tədbirdə görünməyib. Bəzi ekspertlərin fikrincə o, ev dustağı edilə bilər. Şimali Koreyadan dəqiq məlumatlar əldə etmək imkanı olmadığına görə obyektiv məlumat yaymaq mümkün deyil. 31 yaşlı liderin sağlamlığında ciddi problemlər olması səbəbindən görünməməsi fikiriləri də yayılır. Cənubi Koreya ilə Şimali Koreya arasında lap bu yaxınlarda keçirilmiş danışıqlar onun görünmədiyi vaxta təsadüf edir. 

azadliq.info