İŞİD yenidən Kobanidə

“İŞİD ağır texnika və tanklarla 2 məhəlləyə girdi, qırığın ola bilər”

İŞİD terror təşkilatının yenidən Kobaniyə girdiyi iddia olunub. ANS PRESS-in məlumatına görə, bu barədə Suriya Demikratik Birlik Partiyasının (PYD) həmsədri Asya Abdullah məlumat yayıb. 

Məlumatda İŞİD-in artıq 2 məhəlləyə girdiyi bildirilib və kütləvi mülki qətliam ehtimalı barədə xəbərdarlıq edilib. 

“İŞİD ağır texnika və tanklarla 2 məhəlləyə girib. Kütləvi mülki qırığın ola bilər”. 

Xatırladaq ki, ötən axşam “Reuters” Suriyadakı mənbəsinə istinadən, koalisiya qüvvələrinin bombardımanından sonra İŞİD-in KObanidən geri çəkildiyini xəbər vermişdi.