Ucarda dəhşətli yol qəzası baş verib.
Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, yol qəzası Ucar avtovağzalının yaxınlığında qeydə alınıb.
Belə ki, “KamAZ” markali yük avtomobili ilə “VAZ-21015” mink maşını toqquşub.
Qəza nəticəsində 5 nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.
Şahidlərin sözlərinə görə, ölənlərdən ikisi azyaşlı uşaqdır.