İntiqam Əliyevin müdafiəsinə daha 2 vəkil qoşulur

Vəkil Elton Quliyev və Fəxrəddin Mehdiyev İntiqam Əliyevin müdafiəsinə qoşulur. Vəkillərlər İntiqam Əliyevin oğlu müqavilə imzalayıb. Bu haqda Azadlıq Radiosuna İntiqam Əliyevin oğlu Nəcmin Kamal məlumat verib. İntiqam Əliyev müqaviləyə etiraz etməsə Elton Quliyev və Fəxrəddin Mehdiyev də onun müdafiəsinə qoşulacaq.

Ötən ay İntiqam Əliyevin beş vəkilindən dördü – Anar Qasımlı, Əlaif Həsənov, Fariz Namazlı və Xalid Bağırov onun müdafiəsindən kənarlaşdırılmışdı. Səbəb kimi bu, vəkillərin onun işi üzrə şahid kimi cəlb olunması göstərilirdi.

Hazırda İ.Əliyevin bir vəkili qalır – Cavad Cavadov. İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib.