Atatürkün heykəli yandırıldı

İstanbulda Atatürkün heykəli yandırılıb.Türkiyə mətbuatının məlumatına görə, Kobanidəki hadisələrə etiraz məqsədi ilə keçirilən mitinqlərdə PKK-çılar Esenyurtdakı Cumhuriyyət meydanında Atatürkün heykəlini yandırıblar.  

Qeyd edək ki, Kobanidəki olaylarla bağlı kürdlərin partiyası olan HDP-nin sədri Səlahəddin Dəmirtaş tərafdarlarını küçələrə səsləyib.