
NATO-nun yeni rəhbəri Yens Stoltenberq Polşaya səfəri zamanı bildirib ki, alyans dünyada ən güclü orduya malikdir və harada zərurət yaranarsa orada onu yerləşdirə bilər.
“Gələn il nazirlərin görüşündə biz “qəti zərbə” planıs ilə bağlı qərar qəbul edəcəyik. Lakin hətta bu olmadan belə NATO-nun güclü ordusu var. Biz onu istədiyimiz yerdə yerləşdirə bilərik”, – Norvevin keçmiş baş naziri oktyabrın 5-də Polşanın TVP Info telekanalına bildirib.
Reuters qeyd edir ki, NATO “qəti zərbə” altında çevik qüvvələri nəzərdə tutur. Alyans bu barədə Ukraynada böhran fonunda xüsusilə düşünür. Bu sözləri, görünür, belə başa düşmək lazımdır ki, soyuq müharibə bitdikdən sonra bağlanan sazişlər Rusiyanın Krım və Ukraynadakı hərəkətləri ilə əlaqədar yerinə yetirilməyəcək, Reuters açıqlama verir.
Bu bəyanatdan sonra “NATO separatçılarla mübarizədə Kiyevə yardım göstərmək üçün Ukraynada qoşun yerləşdirməyi mümkün hesab edirmi” sualı açıq qalır.
Avqustun sonlarında (köhnə baş katibin zamanında) NATO Rusiya ilə münaqişədən ehtiyatlanaraq Ukraynada vəziyyətə birbaşa hərbi müdaxilənin mümkünlüyünü istisna etmişdi. Bundan əlavə, Qərb ölkələri Ukraynaya “müasir silahlar”ın göndərilməsi barədə informasiyanı inkar edirdilər.
Sentyabrda Ukraynada Rapid Trident – 2014) təlimləri keçirilib. Təlimlərdə 15 ölkədən, o cümlədən ABŞ və NATO üzvü olan digər ölkələrdən hərbçilər iştirak ediblər. Alyans təlimlərin təşkilatçısının özü olduğunu bəyan edib.
Bundan əlavə, Ukrayna, Polşa və Litva birgə hərbi bölmələr yaradıblar. Ukrayna nazirinə birgə qoşunların yaradılması haqda üçtərəfli sazişin imzalanması tapşırılıb. Alyansın yeni rəhbəri bildirib ki, Ukraynadakı kimi “hibrid müharibə” olduğu halda uğurlu müdafiə olunmaq üçün yeni vəziyyətə hazır olmaq lazımdır.
Yeni çevik qüvvələrin yaradılması ilə bağlı NATO qüvvələri hələ sentyabrbda Uelsdə razılığa gəliblər. Böyük Britaniya, Latviya, Danimarka, Norveç, Estoniya və Niderland niyyət haqqında saziş imzalayıblar. Bunun əsasında dövlətlər yeni çevik qüvvələrin yaradılması üzrə hazırlığa başlayacaqlar.


