ABŞ dolları ilk dəfə olaraq rus rubluna nisbətdə 40-dan qalxıb. Bir dollar 40.04 rubla bərabər olub. RİA Novosti və TASS oktyabrın 6-da Moskva birjasında rublun biraz da düşdüyünü xəbər verir.
Son 3 ayda Rusiya valyutası davamlı olaraq düşür. Səbəb Rusiyanın Ukrayna münaqişəsindəki roluna görə ABŞ və Avropa Birliyinin qoyduğu sanksiyalardır.
İyulun əvvəlində bir dollara 34 rubl almaq olardı. Oktyabrın 4-də isə bir dollar 39.70 rubla bərabərləşdi.
Rusiya Mərkəzi Bankının 2005-ci ildən tətbiq etdiyi “bivalyuta səbəti” indeksinə görə isə 1 dollar artıq 44 rubldan yuxarıdır. Bu indeksin tətbiqində məqsəd rublun real məzənnəsini müəyyənləşdirməkdir.


