“Ölkəmizin İraq səmalarında həyata keçirdiyi kəşfiyyat xarakterli uçuşları intensivləşdirəcəyik”. ANS PRESS-in məlumatına görə, bu sözləri Fransanın müdafiə naziri Jan-İv Le Drian deyib.
“Rafale” tipli 9 qırıcı ilə gündə iki dəfə kəzfiyat uçuşu həyata keçirdiklərini deyən nazir, 2 həftədə 2 dəfə İŞİD hədəflərinin vurulduğunu deyib. Le Drian həmçinin İraq xalqının təhlükəsizliyi üçün dəqiq bilinməyən hədəflərin vurulmadığını qeyd edib.
Nazir İraqda İŞİD sıralarında 30 000 nəfərin döyüşdüyünü, onlardan təxminən 10 mininin əcnəbi olduğunu vurğulayıb.
Fransız nazir həmçinin bildirib ki, başqa bölgələrdə olan radikal qruplaşmaların İŞİD-lə birləşmək meyllərini böyük bir təhlükə olaraq görürlər.
Qeyd edək ki, İraqda İŞİD-ə qarşı keçirilən hava əməliyyatlarında iştirak edən Fransa, rəsmi Şamın qüvvətlənəcəyini hesab edərək Suriyada İŞİD-ə qarşı keçirilən əməliyyatlarda iştirak etmir.


