Ukraynada daha bir deputatı Petr Kaminskini zibil yeşiyinə atıblar. Bununla kifayətlənməyən aktivistlər onun üzərinə yaşıl briliant məhlulu da töküblər. Buna səbəb avqust ayının oralarında Kaminskinin öz avtomobilini idarə edərkən onunla yol hərəkəti qaydasını pozması olub. Buna görə də 30 nəfərə yaxın fəal məhkəmə binasının qarşısına zibil qutusu gətirərək Kaminski binadan çıxarkən onun qarşısını kəsib zibil yeşiyinə atıblar. Kaminskinin vəkilləri fəallara onun günahının məhkəmədə hələ sübut olunmadığını desələr də fəallar buna əhəmiyyət verməyiblər. (azadliq.info)