Braziliyanın indiki prezidenti Dilma Rousseff ilk turda qalib gəlmək üçün yetərli səs toplaya bilməyib. Bu haqqda ekzit-polun nəticələrinə əsasən BBC məlumat verib.
İlkin məlumatlara görə,Rousseff 44 faiz səs toplayıb. Namizədlərdən Aécio Nevesaya 30, Ətraf mühit üzrə keçmiş nazir Marina Silva isə səslərin 22 faizini toplayıb.
Yaxın saatlarda səsvermənin nəticələri rəsmi olaraq açıqlanacaq. Səsvermənin ikinci turu oktyabrın sonunda keçiriləcək. Səsvermənin insidentsiz keçdiyi və 142 mln insanın iştirak etdiyi bildirilir.
Dilma Rousseff – Braziliyanın tarixində ilk qadın prezidentdir. O, bu ilin yayında futbol üzrə keçirilən dünya çempionatı üçün çəkilən xərclərə görə kəskin tənqid olunur. Ölkənin lideri isə infrastrukturun inkişafı üçün bu xərclərin zəruri olduğunu təkid edir. (azadliq.org)


