Bakıda sərxoş polis polkovniki cəzalandırıldı

İçkili polis polkovnikinin avtomobili cərimə meydançasına aparılıb

Keçmiş polis rəisi, polis polkovniki Məmməd Mikayılov xoşagəlməz hadisəylə üzləşib. 

O, avtomobilini idarə edərkən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq sərt cəzalanıb.

Buna səbəb polkovnikin sərxoş halda sükan arxasında əyləşməsi olub.

Keçmiş rəis əvvəlcə yol polislərinin onu saxlamasına etiraz edib, hətta onlara hədə-qorxu da gəlib. Bütün bunlara baxmayaraq, polkovnikin qayda pozuntusu protokollaşdırılıb və onun idarə etdiyi 10-RP-400 dövlət nömrə nişanlı “Toyota Camry” markalı avtomobili cərimə meydançasına aparılıb.

Qeyd edək ki, Məmməd Mikayılov DİN orqanlarında yüksək vəzifələrdə çalışıb, Xətai, Nəsimi və Suraxanı rayonlarının polis rəisi olub. (aznews.az)