Həsən Həsənov dəfn edildi FOTO

İyulun 11-də Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilərin öldürərək girov götürdükləri Həsən Həsənovun nəşi bu gün dəfn edilib.

ANS PRESS-in dəfn mərasimində olan əməkdaşının verdiyi məlumata görə, Həsən Həsənovun nəşi məhkəmə tibbi ekspertizasında araşdırmadan sonra bu gün ailəsinə təhvil verilib. Ailə üzvülərinin işitrakı ilə keçirilən müayinədə meyitin Həsən Həsənova aid olduğu sübut olunub.

Cənazə götürülməzdən əvvəl keçirilmiş mərasimdə “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib. Həsən Həsənov Bakıda Binəqədi qəbristanlığında dəfn olunub.

Həsən Həsənovun meyiti uzunu danışıqlardan sonra Azərbaycana iki gün əvvəl təhvil verlib. Həsən Həsənov bunadək Dağlıq Qarabağda dəfn edilmişdi. Həsən Həsənovla birgə girov düşən Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də girovluqdadırlar.

***

İşğal olunmuş Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən öldürülmüş Həsən Həsənovun meyiti dəfn olunmaq üçün Bakının Binəqədi rayonuna aparılıb.

H. Həsənovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən götürülüb. Cənazə götürülməzdən əvvəl qısa mərasim keçirilib. Mərasimdə “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib.

 Mərhumun qardaşı Nail Həsənov bildirib ki, qardaşı tez-tez yuxusuna girir və sağ olduğunu deyir: “Bu gün Qurban bayramı qeyd olunur, qardaşım da vətən uğrunda qurban gedib”.

 Mərhumun ruhuna dualar oxunduqdan sonra Azərbaycan bayrağına bükülmüş tabutu dəfn olunmaq üçün ailəsinin yaşadığı Binəqədi rayonuna aparılıb.  

 Dəfn mərasimində Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak edəcək.

 Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan hərbçiləri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixində qarşı tərəfdən alınıb. (APA)