“Siyasi məhbuslar dərhal və qeyd-şərtsiz azadlığa buraxılsın”
Avropa Şurası Parlament Assambleyası sentyabrın 29-dan oktyabrın 3-dək keçən sessiyasının yekunlarına dair qətnamə qəbul edib. Sənəd AŞPA-nın saytında yerləşdirilib.
Qətnamədə Azərbaycanda repressiyaların dayandırılması və siyasi məhbusların azad edilməsi tələbi də yer alır.
Sənədin 11-ci bəndində göstərilir ki, Parlament Assambleyası üzv ölkələri Avropa Şurası qarşısında öz öhdəliklərini yerinə yetirməyə çağırır. Azərbaycana aid çağırış da bu bənddədir. Orada deyilir:
11.3. Azərbaycan hökuməti və parlamenti vətəndaş cəmiyyəti fəallarına və jurnmalistlərə qarşı təzyiqlərdən çəkinsin, məhkəmələrdən siyasi məqsədlər üçün istifadə olunmasın, siyasi motivlərlə həbs edilən bütün şəxslər dərhal və qeyd-şərtsiz azadlığa buraxılsın, insan hüquq və azaqdlıqlarına, o cümlədən sərbəst toplaşmaq, ifadə və birləşmək hüquqların tam hörmət olunsun.
azadliq.info